Caspint Azərbaycan şirkətlərinə kimlərin hücum etdiyini izləyir — əldə edilmiş hesablar, satışa çıxarılan məlumatlar, sındırılmış saytlar, hücuma məruz qalan infrastruktur — sızma bazalarından, kibercinayətkar forumlarından və qapalı Telegram kanallarından toplanılır və vaxtında sizə təqdim edilir. Yerli şirkətlər üçün ödənişsiz istifadəyə açıqdır.
Azərbaycanda əksər şirkətlər premium səviyyəli kibertəhlükəsizlik intellekt məlumatı (CTI) xidmətlərini əldə etmək üçün yüksək xərcləri ödəyə bilmir. Caspint məhz bu ehtiyacı nəzərə alaraq yaradılıb.
Biz Azərbaycan şirkətlərinə qarşı yönələn hücumları izləyir, kimin, necə və nə vaxt hədəf aldığını müəyyənləşdiririk. Sızmış giriş məlumatlarını, satışa çıxarılan verilənlər bazalarını, sındırılmış veb-saytları və hücuma məruz qalan sistemləri səth, dərin və qaranlıq vebdən, həmçinin minlərlə qapalı Telegram kanalından toplayıb, sizə təqdim edirik.
Bu yanaşma ilə Azərbaycan şirkətlərinə dünya səviyyəli kibertəhlükəsizlik intellektini əlçatan edir və ölkədə ümumi kiber dayanıqlılığın artırılmasına töhfə veririk.
Caspint təhlükəsizlik komandasının işlədiyi məntiqlə qurulub: beş kəşfiyyat istiqaməti və on dörd fokuslu modul — hər biri Azərbaycana və sizin təşkilatınıza uyğunlaşdırılıb.
Regiona qarşı fəaliyyət göstərən qruplar üzrə dosyelər, onların son fəaliyyətləri, canlı qurban statistikası və əlaqəli IOC-larla.
600,000+ zərərli indikator — IP ünvanları, domenlər, heşlər.
Tor forumları və bazarları fasiləsiz izlənilir; Regional və sizin təşkilatla bağlı qeydlər aşkarlanır və dərhal sizə bildiriş göndərilir.
Yüzlərlə qapalı kibertəhdid Telegram kanalı izlənilir və arxivlənir; Sizin haqda nələr danışdıqlarından xəbərdar ola bilərsiz.
Seçilmiş regional və sizinlə bağlı son xəbərlər.
Bənzər domenlər, sızmış APİ-lar və sənədlər, saxta sosial profillər - hamısı bir ekranda.
Təşkilatınıza bağlı hər ələ keçirilmiş hesab — stealer loglarından və combolist-lərdən gündəlik olaraq toplanır.
Ələ keçirilmiş kartların qapalı forumlarda və bazarlarda monitorinqi.
Xarici Monitorinq— subdomenlər, hostlar, aşkarlanmış xidmətlər, boşluqlar və veb-təhlükəsizlik yoxlamaları — Nələrin kənardan əlçatan olduğunu vaxtında öyrənin.
Aşkarlanan iplər, domenlər və xidmətlərin reyestri.
Mühitinizdə aşkarlanmış proqram təminatı və məhsullar..
SOC analitikin gündəlik fəaliyyətində istifadə etdiyi hər şey bir arada.
Azərbaycanı müdafiə edən hər təşkilat üçün, lisenziyasız, satınalmasız.
Qeydiyyat →Təhlükəsizlik komandalarının vaxtı azdır, təhdidlər isə çoxdur. Panel bütün mənzərəni bir ekranda birləşdirir ki, hər gün harada dayandığınızı — nə qədər məlumatınızın yayıldığını, nələrin dəyişdiyini və nəyə diqqət yetirməli olduğunuzu — bir ekranda görəsiniz.
Sızmış işçi parolları hücumçular üçün ən asan giriş yoludur — heç bir zəiflik istismar etmək lazım deyil, sadəcə daxil olurlar. Caspint təşkilatınıza aid hansı hesabların ələ keçirildiyini sizə göstərir ki, kimsə onlardan istifadə etməzdən əvvəl parolları sıfırlaya biləsiniz.

Bütün təhdidlərə eyni cür hazırlaşmaq mümkün deyil. Sizə birbaşa hansı qrupların təhlükə yaratdığını, necə işlədiklərini və kimi hədəf aldıqlarını bilmək müdafiənizi ümumi deyil, real təhdidlərə uyğun qurmağa imkan verir. Regionu və sektorunuzu hədəf alan qruplar üzrə hazır profillər bu araşdırmanı sizin əvəzinizə görür — kimin, niyə və necə hücum etdiyi artıq məlumdur.
Hücumçular sizə çatmazdan əvvəl internetə açıq sistemlərinizi zəif nöqtələr üçün skan edir. Caspint təşkilatınızı məhz onların gördüyü kimi göstərir — hansı server, subdomen və xidmətlərinizin kənardan görünən olduğunu və onlarda hansı boşluqların mövcud olduğunu. Ən əsası, tapıntılar real təhlükə səviyyəsinə görə sıralanır ki, minlərlə xəbərdarlıq içində itmək əvəzinə həqiqətən vacib olanı əvvəl düzəldəsiniz.
Məlumatlarınızın alveri və təşkilatınıza qarşı planlar çox vaxt girə bilmədiyiniz qapalı Telegram kanallarında baş verir. Caspint yüzlərlə belə kanalı izləyir və adınız, brendiniz və ya domenləriniz çəkiləndə sizə bildiriş göndərir. Beləliklə problem baş verdikdən sonra deyil, o hazırlanarkən xəbər tutursunuz — və mesaj sonradan silinsə belə, sübut sizdə qalır.
Sızmış məlumatlarınız və sistemlərinizə giriş dark web forumlarında və bazarlarında alınıb-satılır. Caspint bu mənbələri sizin əvəzinizə izləyir və təşkilatınızla bağlı hər hansı qeyd aşkarlandıqda — sızma, satışa çıxarılan giriş və ya combolist — sizi xəbərdar edir. Hər tapıntı analitiklərimiz tərəfindən yoxlanılır.
Təhdid göstəricilərini — zərərli IP, domen və fayl hash-larını — sizin əvəzinizə toplayır və hər gün yeniləyirik. Hamısını bir kliklə TXT, CSV, JSON və ya STIX 2.1 formatında yükləyib SIEM, firewall və digər təhlükəsizlik sistemlərinizə birbaşa inteqrasiya edə bilərsiniz.

Kiberdələduzluq və kiberhücumların çoxu reallaşmazdan əvvəl hazırlanır — brendinizə bənzər saxta domenlər qeydiyyatdan keçirilir, sizi və rəhbərlərinizi təqlid edən saxta profillər yaradılır, sənəd və açarlarınız sızdırılır. Caspint bu hazırlıq mərhələsini açıq və qapalı vebdə izləyir — o cümlədən sosial şəbəkələrdə yaradılan saxta profilləri aşkarlayır — ki, təhdid ilk qurbanına — müştəri və ya işçinizə — çatmazdan əvvəl onu dayandıra biləsiniz. Reputasiyanı bərpa etməkdənsə, problemi başlamazdan qabaq həll etmək həmişə ucuz başa gəlir.

Qlobal xəbər axınları çox vaxt ümumidir və onların Azərbaycana aid olub-olmadığını özünüz müəyyən etməli qalırsınız. Caspint yalnız regiona və təşkilatınıza aid seçilmiş xəbərləri verir ki, sektor üzrə ən son xəbərlərdən məlumatlı olasınız.

Məlumatlarınızın yayılmasının və təhdid mənzərənizin zamanla necə dəyişdiyini qrafiklərlə izləyin.
SOC analitikinin gündəlik fəaliyyətində istifadə etdiyi hər şey bir arada. Domen analizindən e-poçt yoxlanışına qədər bir sıra funksiyaları burada icra edə bilərsiniz.
Caspint müstəqil kibertəhlükəsizlik təşəbbüsüdür və əsas məqsədi Azərbaycanda kibermüdafiənin ümumi səviyyəsini yüksəltməkdir. Hesab edirik ki, effektiv təhlükəsizlik yalnız böyük büdcəsi olan təşkilatlar üçün əlçatan olmamalıdır. Buna görə də Caspint seçilmiş təşkilatlar üçün heç bir lisenziya haqqı və ya satınalma prosesi olmadan istifadəyə açıqdır.
Azərbaycanda fəaliyyət göstərən təşkilatlar giriş üçün müraciət edə bilər. Qeydiyyat korporativ e-poçt ünvanı ilə aparılır və hər müraciət komandamız tərəfindən qiymətləndirilir. Giriş yalnız uyğun hesab edilən təşkilatlara təqdim olunur.
Müraciətiniz komandamız tərəfindən qiymətləndirilir. Təsdiqləndikdən sonra təşkilatınız üçün kəşfiyyat avtomatik uyğunlaşdırılır və platformaya giriş təqdim olunur.
Xeyr. Caspint-dən istifadə üçün VPN, API, Active Directory, e-poçt və ya digər daxili sistemlərinizə giriş tələb olunmur. Platforma yalnız xarici mənbələrdən əldə edilən kiberkəşfiyyat əsasında işləyir və təşkilatınızla əlaqəli məlumatları təqdim edir.
Caspint məlumatları sızma bazaları, stealer loqları, kibercinayət bazarları, ransomware saytları, həmçinin sosial şəbəkələr və qaranlıq vebdə fəaliyyət göstərən yüzlərlə qapalı kanaldan toplayır.
Məlumat toplama prosesi 24/7 fasiləsiz davam edir və platforma hər gün yenilənir. Siz son 24 saat ərzində təşkilatınızla bağlı aşkar edilmiş yeni sızmaları, komprometasiya olunmuş hesabları və digər təhlükəsizlik dəyişikliklərini izləyə bilərsiniz.
Təşkilatınız Azərbaycanda fəaliyyət göstərirsə, Caspint-ə qeydiyyat üçün müraciət edə bilərsiz.